Neft Daşlarında neftçi neftçini öldürdü


Kriminal 12 Dek 2017 13:58:16 310 0

Neft Daşlarında neftçi neftçini öldürdü

Dekabrın 12-də, saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın "Neftqaztikinti" Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.   A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.   Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.