İranda yenə güclü zəlzələ baş verdi


Dünya 12 Dek 2017 13:49:00 188 0

İranda yenə güclü zəlzələ baş verdi

İranın şərqində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib

İranın şərqində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yerlatı təkanlar Kirman şəhərindən 49 kilometr şimalda qeydə alınıb.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, zəlzələnin episentri yerin 40 kilometr dərinliyində olub. Hadisə nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də İran və İraq sərhədində 5,6 bal gücündə zəlzələ baş verib.