Neft Daşlarında bıçaqlama - ölən var


Digərləri 12 Dek 2017 13:40:00 291 0

Neft Daşlarında bıçaqlama - ölən var

Neft Daşlarında insident baş verib

Bakı. Neft Daşlarında insident baş verib. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. Nəticədə A.Əsgərov A.Xalıqova bıcaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.