Fransa səfiri: “Qarabağ problemi mürəkkəbdir və dondurulmuş münaqişələr kateqoriyasına aiddir”


Siyasət 12 Dek 2017 13:29:49 287 0

Fransa səfiri: “Qarabağ problemi mürəkkəbdir və dondurulmuş münaqişələr kateqoriyasına aiddir”

Conatan Lakot: “Fransa ATƏT-in Minsk qrupun həmsdəri kimi, münaqişənin həllində vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir”

“Dağlıq Qarabağ problemi mürəkkəbdir və dondurulmuş münaqişələr kateqoriyasına aiddir”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot dekabrın 12-də keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, Fransa ATƏT-in Minsk qrupun həmsdəri kimi, münaqişənin həlli sahəsində öz vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir: “Ərazi bütövlüyü, güc tətbiq edilməməsi və xalqların müqəddəratını təyin etməsi danışıqların əsas prinsiplərdir. Münaqişə ətrafında baş verənlər Fransada ən yüksək səviyədə izlənilir. Məsələni yalnız tərəflər tənzimləyə bilər. Mən Ermənistanda səfirəm. Həmkarım Minsk qrupu tərkibindədir. Mən danışıqlar prosesinin mahiyyəti barədə heç nə danışa bilmərəm”.

O, 2018-ci ilin oktyabrında Farnsa Prezidenti Emannule Makronun Ermənistana səfər edəcəyinin də bildirib.