"Mənim Universitetim" yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 12 Dek 2017 13:32:00 180 0

"Mənim Universitetim" yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan Universitetinin 26-cı ildönümünə həsr olunmuş “Mənim Universitetim” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bakı. Azərbaycan Universitetinin 26-cı ildönümünə həsr olunmuş “Mənim Universitetim” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Səadət Əliyeva müsabiqənin tarixçəsi, gedişatı və yekunları haqqında məlumat verib. Qeyd edib ki, müsabiqədə universitetin tələbələri ilə yanaşı məzunları da iştirak edib. Rektor bildirib ki, Azərbaycan Universiteti məzunlarının uğuruna sevinir, onların məşğulluq səviyyəsi ilə daim maraqlanır və daha sıx əlaqələr qurmağa çalışır. Tədbirdə söz alan qaliblər müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edərək, universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.