Məşhurluq arzusuna qurban getdi


Digərləri 12 Dek 2017 13:25:00 236 0

Məşhurluq arzusuna qurban getdi

26 yaşlı çinli U Yunnin rufer və ekstremal kimi sosial şəbəkələrdə məşhurlaşmaq istəyirdi. O, Çinin müxtəlif şəhərlərindəki çoxmərtəbəli binaların, göydələnlərin damlarına, qaldırıcı kranlara dırmaşır, videolarını və selfilərini sosial şəbəkələrdə paylaşırdı.

Son.az South China Post-a istinadən bildirir ki, U-nun son video çəkmək istəyi faciə ilə nəticələnib.

Çinin Huan vilayətindəki Çanşa şəhərində yerləşən Huayuane Beynəlxalq Ticarət Mərkəzinin damına dırmaşmış U Yunnin aşağı sallaşaraq "çəkinmək" istəyirdi.

62 mərtəbəli binanın damından sallaşmış U iki dəfə çəkinəndən sonra yorulub.

O, aşağı düşməmək üçün çox səy göstərsə də, bir nəticə hasil olmayıb.

U düşüb və 28 metr aşağıdakı eyvana dəyərək həlak olub.

U Yunnin bu tryukun videosunu sevgilisi Szin Szinə göstərmək, sonra da qıza evlənməyi təklif etmək niyyətində idi.


Xəbərə aid fotolar