BMT: Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq


Digərləri 12 Dek 2017 13:23:00 197 0

BMT: Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq

2017-2018-ci illərdə Azərbaycanda inflyasiyanın azalma tempi Gürcüstan və MDB ölkələri ilə müqayisədə daha ciddi olacaq.

Bakı. Azad Həsənli - 2017-2018-ci illərdə Azərbaycanda inflyasiyanın azalma tempi Gürcüstan və MDB ölkələri ilə müqayisədə daha ciddi olacaq. Trend-in məlumatına görə, bu barədə BMT-nin İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir. Qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 12 faiz olacaq, lakin gələn il 5,9 faizədək azalacaq. 2019-cu ildə isə inflyasiya cüzi artaraq 7,5 faiz təşkil edəcək. BMT-nin proqnozuna əsasən, regionun digər ölkələrində - Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynada inflyasiyanın azalma tempi 0,3-3 faiz bəndi təşkil edəcək. Ermənistan, Türkmənistan və Rusiyada isə inflyasiyanın artmı proqnozlaşdırılır. BMT-nin MDB və Gürcüstanda inflyasiya üzrə tam proqnozu (faizlə): 2017-ci il 2018-ci il 2019-cu il Neft ixracatçıları 4,6 4,7 4,3 Azərbaycan 12 5,9 7,5 Qazaxıstan 7,6 6,1 5,7 Rusiya 3,9 4,4 3,9 Türkmənistan 5,6 6 4,6 Özbəkistan 10,5 8,1 7,6