Lənkəranda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO


Siyasət 12 Dek 2017 12:55:53 267 0

Lənkəranda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO

İctimaiyyət nümayəndələri, sadə zəhmət adamları əllərində gül-çiçəklə abidənin önünə gələrək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Lənkəranda ümumrayon anım mərasimi keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə Parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra ayrı-ayrı idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, sadə zəhmət adamları əllərində gül-çiçəklə abidənin önünə gələrək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

Tədbirin davamı olaraq Lənkəran Dövlət Universitetinin böyük akt zalında “Əbədiyaşar Ümummilli Liderimiz” adlı konfrans keçirilib.