Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb


Dünya 12 Dek 2017 12:56:39 284 0

Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb

Yerli sakinlər qalan yeganə məscidin aqibətinin də əvvəlkilər kimi olacağından qorxurlar

Myanma hökuməti müsəlman rohincaların kompakt şəkildə yaşadığı Arakan ştatında 16 məscid söküb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, ştatın Maunqdao bölgəsindəki 17 məsciddən 16-sı cəmi bir həftə içində sökülüb.

Yerli sakinlər qalan yeganə məscidin aqibətinin də əvvəlkilər kimi olacağından qorxurlar.

Bu arada Myanmanın təhlükəsizlik qüvvələri Yeni Napura kəndində rohinca müsəlmanlarına məxsus 4 evi yandırıb.