Qarsda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb


Digərləri 12 Dek 2017 12:25:00 210 0

Qarsda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Türkiyənin Qars vilayətində Qars Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Qars vilayətində Qars Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. Tədbirdə çıxış edən dərnək rəhbəri Göksal Kayqısız türk tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin türk dünyasında əvəzsiz xidmətləri olduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyevin ən böyük əsəri Azərbaycandır və qarslıların ulu öndərə olan sevgisi tükənməzdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin