Səfir: "İran Qüds məsələsinə həssas yanaşır"


Dünya 12 Dek 2017 11:50:10 307 0

Səfir: "İran Qüds məsələsinə həssas yanaşır"

"Bu məsələlər sabah İstanbul toplantısında müzakirə ediləcək"

"İran Qüds məsələsinə həssas yanaşır. İran çalışır ki, regionda sülh olsun, müharibələr olmasın".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. 

"Çalışırıq ki, insanlar yurd-yuvalarından didərgin düşməsinlər, rahat yaşasınlar. Müsəlman ölkələri bir olmalıdırlar, bu birlik qüdrətli olmalıdır. Bu məsələlər sabah İstanbul toplantısında müzakirə ediləcək", - səfir əlavə edib.