XİN başçısının müavini: “Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sazişi gələn ilin əvvəlində imzalana bilər”


Siyasət 12 Dek 2017 11:45:49 304 0

XİN başçısının müavini: “Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sazişi gələn ilin əvvəlində imzalana bilər”

Hazırda saziş layihəsi ilə bağlı bəzi məsələlər müzakirə edilir

“Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sazişi gələn ilin əvvəlində imzalana bilər”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, hazırda saziş layihəsi ilə bağlı bəzi məsələlər müzakirə edilir.

“Ola bilsin ki, yanvar, yaxud fevral ayında bu məsələlər də həll edilsin”, - deyə, XİN başçısının müavini əlavə edib.

O deyib ki, bununla bağlı Avropa İttifaqının nümayəndələri Bakıya səfər edəcək.