"Terrorla mübarizədə ikili standartlar olmamalıdır"


Digərləri 12 Dek 2017 11:21:00 250 0

"Terrorla mübarizədə ikili standartlar olmamalıdır"

Millət vəkili Qənirə Paşayeva İraqın Baş naziri Heydər əl-Abadi ilə görüşüb

.

Son.az Trend-ə istinadən bildirir ki, görüş İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumu çərçivəsində baş tutub.

Millət vəkilinin Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verməsi, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olması barədə fikirlərinə cavab olaraq, İraq baş naziri Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışdıqlarını deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən danışan deputat, 1 milyon qaçqın və köçkünü olan və erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq, Azərbaycanın İraqın terrorla mübarizəsini dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, terrorla mübarizədə ikili standartlar olmamalıdır.

O qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda bu məsələni xüsusi olaraq diqqətə çatdırır: "İraqda yaşayan türkmənlər Azərbaycanla İraq arasında möhkəm bağlardır".

Millət vəkili Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti ilə də bağlı məlumat verib.