"Qəlbin yaddaşı" heç kimi laqeyd qoymayacaq. Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnı VİDEO


Digərləri 12 Dek 2017 11:24:00 632 0

"Qəlbin yaddaşı" heç kimi laqeyd qoymayacaq. Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnı  VİDEO

Azərbaycanın xalq artistləri Fidan Qasımova və Xuraman Qasımova ümummili lider Heydər Əliyevə həsr olunmuş "Qəlbin yaddaşı" mahnısını təqdim ediblər. Bu kövrək kompozisiyanın sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə Ruslan Zeynalova məxsusdur.

Mahnı ilk dəfə bu ilin iyun ayında opera divalarının Heydər Əliyev Sarayında keçirilən yaradıcılıq gecəsində səslənib və elə o vaxt dinləyicilərin qəlblərinə sirayət edərək tamaşaçıların diqqətinə hakim olub. Müəllif Leyla Əliyevanın qəlbinin dərinliklərindən gələn incə kəllmələr gözəl musiqi ilə birlikdə kompozisiyanın həsr olunduğu insanın - ümummilli lider Heydər Əliyevin obrazını canlandırır. Lakin bu dahi insan mahnıda siyasətçi və dövlət başçısı kimi yox, kövrəkcəsinə sevilən, yaxınlarının onun üçün darıxdığı sevimli baba kimidir. Bu ağrı və qüssəni Leyla xanım məharətlə göstərib ki, bunun sayəsində mahnı, gerçəkdən də, qəlbin dərinliklərinə sirayət edir, hər birimizi artıq yanımızda olmayan yaxınlarımızı xatırlamağa vadar edir.

"Qəlbin yaddaşı" poeziya həvəskarlarına riqqətli və təsirli şeirləri ilə yaxşı tanınan Leyla Əliyevanın növbəti yaradıcılıq uğurudur.