Fasadı daş yunla üzlənən binalar – Qənaət, təhlükəsiz və komfort


Digərləri 12 Dek 2017 11:00:00 221 0

Fasadı daş yunla üzlənən binalar – Qənaət, təhlükəsiz və komfort

Azərbaycanda əksər insan mənzil alarkən ilk növbədə qiymətə, daha sonra otaqlarının genişliyinə və mətbəxinə baxır.

Bakı. Mənzil alarkən izolyasiya unudulur - DİQQƏT. Azərbaycanda əksər insan mənzil alarkən ilk növbədə qiymətə, daha sonra otaqlarının genişliyinə və mətbəxinə baxır. Bir binada mənzilin kvadrat metrinin qiyməti digər bina ilə müqayisədə aşağıdırsa, çoxları hesab edir ki, həmin mənzil “sərfəlidir”. Qətiyyən! Diqqətli olun! Araşdırmalar göstərir ki, əksər halda qiymətin aşağı olması binada çatışmazlıqların olduğuna işarədir. Həmin çatışmazlıqlardan biri binada izolyasiyanın olmamasıdır. Rahatlıq və sağlamlıq üçün ən mühüm amillərdən biri də izolyasiyadır. İzolyasiya, evin temperaturunu qoruyub saxlayaraq enerji qənaəti təmin edir, yanğın təhlükəsizliyi yaradır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Bu səbəbdən mənzil alarkən binanın xarici üzündə izolyasiyanın olub-olmadığını soruşmaq lazımdır. Binanın izolyasiya edilməsi böyük vəsait tələb edir. Bir sıra tikinti şirkəti “ucuz olsun” deyərək binaları adi suvaqla və ya müxtəlif materiallarla üzləyərək insanlara sırayır. Mənzil sahibləri də “ucuz” aldıqlarını düşünərkən, əslində bahalı və komfortsuz bir evə sahib olurlar. İllər ərzində yüksək kommunal xərclər ödəyib, komfortsuz mənzillərdə yaşayırlar. Avropa və Amerika təcrübəsi göstərir ki, binada ən yaxşı izolyasiya təmin edən material daş yundur. Keyfiyyətə üstünlük verən və adını qoruyan tikinti şirkətləri bu materialdan istifadə edirlər. DAŞ YUN NƏDİR? Daş yunu istehsalına ötən əsrin əvvəlində ABŞ-ın Havay ştatında başlanmışdır. Daş yun, təbii bir məhsuldur, vulkanik bazalt daşının 1350°C-1400°C temperaturda əridilərək lif halına gətirilməsi nəticəsində əldə edilir. Bazalt qara rəngli və çox sərt süxurdur. Lif halına gətirilən bazalt müxtəlif ölçülərdə preslənərək lövhə, boru şəklində istehsal oluna bilinir. Daş yun isti-soyuq, səs və yanğın izolyasiyası məqsədilə istifadə edilən izolyasiya materialıdır. Dünyada daş yundan geniş istifadə olunur. Məsələn, Almaniyada binaların 90%-i daş yunla izloyasiya edilib. İSTİLİK İZOLYASİYASI