Binəqədidə "Sən elə bir zirvəsən!" tədbiri keçirilib


Digərləri 12 Dek 2017 11:18:43 216 0

Binəqədidə "Sən elə bir zirvəsən!" tədbiri keçirilib

Binəqədidə rayonunda "Sən elə bir zirvəsən!" tədbiri keçirilib

Bakı. 11.12.2017- ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “SƏN ELƏ BİR ZİRVƏSƏN!” adlı tədbir keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ilkin olaraq qonaqlar Ulu Öndərin sərəncamlarını özündə əks etdirən sənəd nümunələri və Ümummili lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi nadir və dəyərli şəxsi kitab nümunələri ilə tanış oldular. Daha sonra Heydər Əliyevin büstü önünə gül qoyuldu. Tədbiri Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin direktor səlahiyyətlərini icra edən Elmira Ələkbərova açaraq qonaqları salamladı. Elmira Ələkbərova Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk aylardan arxiv idarəsini yaratmaqla bağlı sərəncam verməsinin Ümummili liderin xalqına və onun tarixinə verdiyi qiymətin bariz nümünəsi olduğunu dedi.