Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı


Kriminal 12 Dek 2017 10:49:00 271 0

Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı

Azərbaycanlı aktyor Moskva bankından 27 milyon rubl oğurluqda şübhəli bilinir

Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları əslən Azərbaycandan olan kinoaktyor Elsevər Cəfərovu 27 milyon rubl (775 min manat) oğurlamaqda şübhəli bilərək saxlayıb.

Son.az bildirir ki, bu barədə report "REN-TV"yə istinadən xəbər verir.

Məlumata görə, banklardan birinin Moskva filialının direktoru polisə müraciət edərək gün ərzində bankın əməliyyat sisteminda nasazlıq yarandığını, bundan sonra isə hesabda 27 milyon rubldan (775 min manat) çox məbləğdə kəsir yarandığını bildirib.

İstintaq vəsaitlərin hələlik müəyyənləşdirilməmiş şəkildə bank hesabından oğurlandığını təsbit edib, cinayət işi açılıb.

Ardından hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı Elsevər Cəfərovu saxlayıblar.