NyuYork terrorunda İŞİD izi tapıldı VİDEO FOTO


Digərləri 12 Dek 2017 10:15:00 321 0

NyuYork terrorunda İŞİD izi tapıldı  VİDEO  FOTO

ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində dünən partlayışı törədən Akayed Ulla terrorçudur.

Son.az NBC-yə istinadən bildirir ki, Nyu-York ştatının qubernatoru Endryu Kuomonun dediyinə görə, əslən Banqladeşdən olan 27 yaşlı A.Ulla bu aksiyanı "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının təsiri altında törədib.

Polisdən verilən məlumata görə, taksi sürücüsü işləyən A.Ulla partladıcı qurğunu şəkər, kibrit və fişənglərdən hazırlayıbmış. Manhettenin mərkəzində, 42-ci küçənin və 8-ci avanyunun kəsişməsindəki "Port Authority" nəqliyyat qovşağındakı partlayışda 3 nəfər və A.Ullanın özü yaralanıb.

İlkin məlumatlara görə, ABŞ-a "Green Cart"la yollanmış A.Ulla ailəsindəki davadan və Fələstindəki olayların təsirindən belə addım atıb.

7 il əvvəl ABŞ-da yaşamağa başlamış A.Ulla hazırda Belvyu hospitalındadır.

Partladıcı qurğu A.Ullanın nəzərdə tutduğu vaxtdan əvvəl partlamasaydı, böyük tələfat olacaqdı.

A.Ulla bu qurğunu ötən həftə internetdə "təlimat"ları oxuyandan sonra hazırlayıb.

O, polisə verdiyi ifadəsində bildirib ki, partlayışı Fələstinin Qəzza bölgəsində müsəlmanlara qarşı İsrailin yürütdüyü siyasətə etiraz əlaməti olaraq törədib.

Nyu-Yorkun polis rəisi Ceyms O-Nilin dediyinə görə, A.Ulla partladıcı qurğunu bədəninə skotçla bağlayıb: "Onun "canlı bomba"ya verilmək istəyi istisna deyil. Lakin partladıcı qurğu vaxtından əvvəl işə düşüb".