Tramp Aya uçuşlara əmr verdi FOTO


Digərləri 12 Dek 2017 10:04:00 284 0

Tramp Aya uçuşlara əmr verdi  FOTO

ABŞ prezidenti Donald Tramp ölkənin kosmik tədqiqatlar sahəsində fəaliyyəti ilə bağlı direktiv imzalayıb. Sənəd Aya və Marsa astronavtların göndərilməsini nəzərdə tutur.

Son.az ABŞ-ın Milli Aerokismik Agentliyinin (NASA) rəsmi saytına istinadən bildirir ki, sənədə görə, NASA kommersiya və beynəlxalq tərəfdaşlarla innovativ, dayanıqlı əməkdaşlığı təmin etməli, bu minvalla bəşəriyyətin Günəş sistemindən kənara çıxan uçuşlarına nail olmalı, Yerə yeni biliklər və imkanlar verməlidir.

"Bu sənəd 1972-ci ildən bəri amerikalı astronavtların Aya qayıdışı istiqamətində ilk addımdır. Bu dəfə Ayda bayrağımızı dikəldərək izlərimizi qoymaqla kifayətlənməyəcək, Marsa və bəlkə də nə zamansa başqa dünyalara missiyaların əsasını qoyacağıq", - D.Tramp deyib.

Ağ Evdə sənədin imzalanma mərasiminə ABŞ-ın uğurlarını xatırlatmaq üçün Aydan gətirilmiş daşı aparıblar. Həmin daş parçasını Aydan "Apollo-17" missiyası götürmüşdü. 1972-ci ilin dekabrın 11-də gerçəkləşdirilmiş bu missiya ABŞ-ın Aya 6-cı və son missiyası idi.


Xəbərə aid fotolar