ATƏT sədrinin şəxsi nümayəndəsi cəbhə xəttində monitorinq keçirəcək


Siyasət 12 Dek 2017 09:39:43 276 0

ATƏT sədrinin şəxsi nümayəndəsi cəbhə xəttində monitorinq keçirəcək

Anjey Kaspşik Ermənistan və Azərbaycan sərhədinə gedəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç keçirəcəklər. 

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.