Xolesterini azaldan qidalar hansılardır?


Digərləri 12 Dek 2017 08:45:00 223 0

Xolesterini azaldan qidalar hansılardır?

Ürək xəstəlikləri dünyada ölümcül xəstəliklər sırasında ilk cərgələrdədir. Yüksək xolesterin (LDL) və aşağı xolesterin (HDL) də ürək xəstəlikləri riskini artıran amillərdəndir. Yediklərimizin xolesterinin səviyyəsinə böyük bir təsiri vardır.

- Badam, qoz və yağlı toxumlar maqnezium mənbəyidir: Son.az deyerler.org-a istinadən bildirir ki, yağlı toxumlar da qida baxımından zəngin məhsullardandır. Zülal tərkibi olan yağlı toxumlar, qan təzyiqini tənzimləməyə köməkçi olur. Yağlı toxumların tərkibində olan fitosterol, xolesterinin azaldılmasında təsirlidir. Kalsium, maqnezium və kalium da yağlı toxumların tərkibində yer alır. Bu mineralların xolesterini azaldan və qan təzyiqini tarazlayıcı xüsusiyyətləri ürək sağlamlığını qorumağa yardımçı olur. - Qoruyucu qalxanı olan "meyvələr": Sağlam ürək üçün meyvələr mükəmməl mənbədir. Bir çox meyvənin tərkibində lif olduğuna görə xolesterini azaltmaqda çox təsirlidir. Alma, üzüm və çiyələkdə olan pektin, xolesterini azaltmaqda 10% təsirlidir. - Qan təzyiqi üçün "sarımsaq": Əsrlər boyu tərkibində olan allisin sayəsində sağlamlıq üçün ən təsirli qidalardan biri olan sarımsaq, yüksək qan təzyiqini aşağı salır. Lakin təsirinin görülməsi üçün çox-çox istehlak edilməsi lazımdır. - Şokolad Kakao, acı şokoladın əsas tərkibidir. Acı şokolad və kakao, LDL xolesterini salmada ən təsirli qida resurslarındandır. Aparılan araşdırmalar, gündə iki dəfə kakaolu maye istehlak etmənin LDL xolesterindən saldığını və HDL xolesterin isə artırdığını göstərmişdir.