Bakıda qadını avtomobil vuraraq tanınmaz hala salıb


Digərləri 12 Dek 2017 08:18:00 177 0

Bakıda qadını avtomobil vuraraq tanınmaz hala salıb

Onun vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə təxminən 70-75 yaşlı qadın (hələlik ad-soyadı məlum deyil) Zabrat qəsəbəsində Ayxan marketin qarşısından yolun digər tərəfinə keçmək istəyən zaman qeydə alınıb. Onu "Opel" markalı avtomobil vuraraq tanınmaz hala salıb. Sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.