Somalidə partlayış zamanı jurnalist həyatını itirib


Dünya 12 Dek 2017 08:03:00 264 0

Somalidə partlayış zamanı jurnalist həyatını itirib

Somalidə partlayış nəticəsində telejurnalist həyatını itirib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış jurnalistin evinin yaxınlığında Moqadişuda baş verib.

Qeyd olunur ki, Kalsan TV-də çalışan 30 yaşlı Məhəmməd İbrahim Qaabou öz avtomobili ilə hərəkət edərkən, maşına quraşdırılmış bomba partlayıb.

Qaabonun ailə üzvlərinin sözlərinə görə, hadisədən sonra o, xəstəxanaya çatdırılıb, lakin jurnalist orada ölüb. Qaabou ilin əvvəlindən Somalidə ölən sayca 5-ci jurnalistdir.