Cənubi Koreyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)


Digərləri 12 Dek 2017 08:04:00 250 0

Cənubi Koreyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib.

Bakı. Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib. Trend-ə səfirlikdən verilən məlumata görə, 12 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində Koreyada müvəqqəti və daimi yaşayan Azərbaycanlıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib. İlk öncə mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin həyat yoluna, “Azərbaycançılıq” ideyasına həsr olunmuş qısa film mərasim iştirakçılarına nümayiş etdirilib.