Ən yaxşı işə götürənlərin


Digərləri 12 Dek 2017 07:51:00 234 0

Ən yaxşı işə götürənlərin

"Glassdoor" kadr agentliyi hər il ən yaxşı işə götürənlərin reytinqini tərtib edir. "Apple" şirkəti bu siyahıda həmişə yüksək pillədə qərarlaşıb.

Son.az ICTnews-a istinadən bildirir ki, "Glassdoor" agentliyi 10 il ərzində işə götürənlərin reytinqini tərtib edir. 2009-cu ildə "Apple" şirkəti ən yaxşı işə götürənlərin siyahısına daxil edilib və 19-cu yeri tutub. 2010-cu ildə korporasiya 22-ci, 2011-ci ildə 20-ci olub. 2012-ci ildə ABŞ şirkəti siyahıda 10-cu yerdə qərarlaşıb.

Bundan sonra şirkətin nəticələri pisləşməyə başlayıb: şirkət 2013-cü ildə 34-cü,  2014-cü ildə 35-ci, 2015 və 2016-cı illərdə müvafiq olaraq 22 və 25-ci yerləri tutub.

2017-ci ildə Tim Kukun korporasiyası işə götürənlərin reytinqində 36-cı yerlə kifayətlənib. Agentlik tərəfindən 2018-ci il üçün tərtib edilmiş reytinqdə "Apple" 48 mövqe geriləyərək 84-cü olub.