Günün qoroskopu: yaxınlarınız ideyalarınıza dəstək olacaqlar


Digərləri 12 Dek 2017 00:01:00 278 0

Günün qoroskopu: yaxınlarınız ideyalarınıza dəstək olacaqlar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - gün qeyri-standart çıxış yolları və qeyri-adi davranışa üstünlük verənlər üçün çox uğurludur. Şəxsi həyatınızda təşəbbüs göstərin. Yaxınlarınız ideyalarınıza dəstək olacaqlar. İnsanların bir-birinə rəğbəti qarşılıqlı olacaq. Maliyyə və əmlak məsələlərinin həlli üçün münasib gündür. Qiymətli hədiyyə ala bilərsiniz.

Buğa - günün birinci yarısı dünyada heç nə sizin öz gücünüzə inamınızı sarsıda bilməz. Çətin işləri görməyə, mürəkkəb məsələləri həll etməyə çalışın. Bir çox Buğaların məqsədləri var. Bunlara çatmaq üçün sizə kömək edə biləcək insanlar da az deyil, üstəlik yaxınınızdadırlar. Gün yeni ortaqla məhsuldar əməkdaşlıq vəd edir, ancaq güzəştə getməyə hazır olun: hər şey siz istəyən kimi olmur. İctimai tədbirlərə, eyni zamanda ziyafətlərə qatıla bilərsiniz.

Əkizlər - rəhbərliklə münaqişədən qaçın: tezliklə yüksəkvəzifəli şəxslərin dəstəyinə ehtiyacınız olacaq. Dostlarla ünsiyyət, həmfikirlərlə görüşlər üçün münasib gündür. Yaradıcı peşənin adamlarının yeni layihələrlə bağlı gözəl ideyaları olacaq. Ancaq bu zaman adi ev işlərini unutmaq olmaz: məhz məişət məsələləri yaxınlarla ciddi fikir ayrılığına səbəb ola bilər.

Xərçəng - mövqeyinizi qorumaq üçün qətiyyət göstərməyiniz gərək olacaq. Sərt müzakirələrə qatılan Xərçənglər daha yüksək vəzifə tutan insanlarla kəllə-kəlləyə gələcəklər. Ətrafınızda baş verən hər şeyə diqqət yetirməyiniz vacibdir: istənilən xırdalıq həlledici rol oynaya bilər. Tanış qadınlarla münasibətlərinizin inkişafına diqqət edin: burada hər şey ilk baxışdan göründüyü kimi ahəngdar deyil. Kişilərlə dil tapmaq isə çox asandır. Cəmiyyətdə yüksək mövqe tutan bir insanla romantik münasibətləriniz yarana bilər.

Şir - çox yaxşı bir gün keçirəcəksiniz. Əgər onun daha da məhsuldar olmasını istəyirsinizsə, əvvəlcədən hərəkət planı qurun və bütün xırdalıqlarına qədər ona əməl edin. Zəifliklərinizə qapılmağınız ciddi ziyan verməsə də, uğur qazanmaq şansınızı yarıbayarı azaldacaq. Maliyyə işləri ehtiyat tələb edir, sövdələşmələr bağlamağa tələsməyin. Yeni tanışlarınıza xasiyyətinizin parlaq tərəflərini göstərməklə onlarda xoş təəssürat yarada bilərsiniz. Ekstravaqantlığa can atmayın, yalnız əsl cəsarətli addımlarınız əla nəticələr qazanmağınıza imkan verəcək.

Qız - həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.

Tərəzi - parlaq, maraqlı gündür. Maraq doğuran təkcə baş verən hadisələr deyil, sizin onlara münasibətinizdir. Sabit emosional fon gün ərzində gözəl əhvalı qoruyub saxlamağınıza kömək edəcək. İntuisiyanız isə kiminlə iş görüb, kimdən kənar gəzməyi sizə düzgün diktə edəcək. Kommersiya fəaliyyəti üçün münasib gündür: bağlanılan sövdələr uğurlu olacaq. Əyləncəli tədbirlərə qatılmaq məsləhətdir. Əgər kinoya gedəcəksinizsə, ciddi dram əvəzinə komediyaya üstünlük verin.