Putin: "Suriyada terrorçuların aktivləşmə cəhdi effektli müqavimətlə qarşılanacaq"


Dünya 11 Dek 2017 23:55:05 262 0

Putin: "Suriyada terrorçuların aktivləşmə cəhdi effektli müqavimətlə qarşılanacaq"

Hazırda gündəlikdə Suriyada siyasi həll prosesinin təmin edilməsi durur

Suriyada terrorçuların müqavimət cəhdləri Rusiya tərəfindən effektli cavabla qarşılanacaq, hazırkı gündəlik siyasi prosesdən ibarətdir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşünün yekununda deyib.

"Terrorçular tərəfindən hansısa müqaavimət ocağı bərpa olunacağı təqdirdə, səmərəli cavab tədbirləri görəcəyik. Hazırda gündəlikdə Suriyada siyasi həll prosesinin təmin edilməsi durur", - deyə Putin bildirib.