Göz həkimləri niyə eynək taxır?


Digərləri 11 Dek 2017 23:51:00 318 0

Göz həkimləri niyə eynək taxır?

Gözdəki zəifliyi aradan qaldırmaq üçün son illər lazerlə əməliyyat ən uğurlu addım hesab edilir. Lakin bu cür əməliyyatlara münasibət birmənalı deyil. Bəzi xəstələr düşünür ki, əgər lazerlə əməliyyat bu qədər uğurludursa, nə üçün göz həkimləri eynək taxır?

Son.az xəbər verir ki, xəstələri maraqlandıran bu suala türkiyəli oftomoloq Mehmet Gülməz aydınlıq gətirib. Həkim əvvəlcə lazerlə əməliyyatın üstünlüklərindən danışıb:

"Linza və ya eynək istifadə etmək istəməyənlər üçün lazerlə göz müalicəsi rahat üsuldur. Çünki bu əməliyyatdan sonra qısa zamanda eynəkdən xilas olursunuz və qısa müddətdə aktiv həyata başlaya bilirsiniz".