"Nissan" 24 mindən çox avtomobili geri çağırdı


Digərləri 11 Dek 2017 23:45:00 228 0

"Nissan" 24 mindən çox avtomobili geri çağırdı

"Nissan" şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar avtomobillərdəki naqillərdə qeydə alınan texniki qüsurlarla və təhlükəsizlik yastıqlarının düzgün işləməməsi ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış "Qashqai" və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.