Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 11 Dek 2017 23:09:16 248 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,79 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,32 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,65 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.