Mingəçevirdə qaçqın şəhərciyində yanğın baş verib, 5 nəfər tüstüdən zəhərlənib


Sosial 11 Dek 2017 23:16:41 234 0

Mingəçevirdə qaçqın şəhərciyində yanğın baş verib, 5 nəfər tüstüdən zəhərlənib

Hadisə doqquzmərtəbəli binada qeydə alınıb

Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə 9 saylı doqquzmərtəbəli binada qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.