Ərdoğan: "S-400 ZRK-ların tədarük məsələsi həftənin sonuna qədər həll olunacaq"


Dünya 11 Dek 2017 23:04:36 324 0

Ərdoğan: "S-400 ZRK-ların tədarük məsələsi həftənin sonuna qədər həll olunacaq"

"Bizim müvafiq orqanlarımız lazımi işləri görəcək və bu həftə işi başa çatdıracaq"

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükünə dair məsələni bu həftə ərzində həll edəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"S-400 barədə danışmaq istəyirəm. Bizim müvafiq orqanlarımız lazımi işləri görəcək və bu həftə işi başa çatdıracaq", — deyə o bildirib.