Uşaq yeməklərində VİRUS TƏHLÜKƏSİ Şirkət HƏRƏKƏTƏ KEÇDİ


Digərləri 11 Dek 2017 23:01:00 314 0

Uşaq yeməklərində VİRUS TƏHLÜKƏSİ  Şirkət HƏRƏKƏTƏ KEÇDİ

Fransanın məşhur "Lactalis" şirkəti salmonella virusu qorxusu ilə bəzi uşaq südü məhsullarını geri qaytarıb.

Son.az xəbər verir ki, məhsulların geri qaytarıldığı ölkələr arasında İngiltərə, Çin, Pakistan, Banqladeş, Sudan da yer alır. Geri qaytarılan yüzlərlə uşaq məhsulu dünya miqyasında "Milumel", "Picot" və "Celi" kimi adlarla satışa çıxarılıb.

Ölkə mətbuatına bu barədə açıqlama verən şirkət rəsmisi Mişel Nalet 7000 ton məhsula virus bulaşmış ola biləcəyini deyib:

"Hələ ki, bu məhsulların nə qədərinin istifadə edildiyi və ya satışa çıxarılması barədə dəqiq məlumat yoxdur".