Erkən doğulmuş körpəni ana südü ilə qidalandırmaq olarmı?


Digərləri 11 Dek 2017 22:20:00 351 0

Erkən doğulmuş körpəni ana südü ilə qidalandırmaq olarmı?

İllər öncə əgər körpə vaxtından əvvəl doğulardısa, onu ana südü ilə qidalandırmaq sual altında idi. Ana erkən doğulmuş körpəsinə öz südünü verməyə can atardı, lakin doğum evindəki həkimlər körpələrə erkən doğulmuş uşaqlar üçün hazırlanmış yeməyi verməyi məsləhət bilirdilər. Lakin artıq belə deyil.

Son.az bildirir ki, Seçenov Universitetinin ən yüksək kateqoriyalı həkimi Olqa Parşikova deyir ki, hər il ölkəmizdəki uşaqların təxminən 10-11% -i vaxtından əvvəl doğulur. Bədən çəkisinə əsasən, pediatr-neonatoloqlar erkən doğulan uşaqları üç kateqoriyaya ayırır:

1500-2000 qr. arası aşağı bədən çəkisi olan uşaqlar; 1000 qramdan 1500 qramadək çox aşağı bədən çəkisi olan uşaqlar; 500-1000 qr. olduqca aşağı çəkisi olan uşaqlar.

Belə bir fikir var ki, əgər körpə vaxtından əvvəl doğulubsa, onu əmzirmək asan olmayacaq və ya ümumiyyətlə olmaz. Lakin bu fikir doğru deyil.