"Manchester City"nin idman direktoru: "Basel"ə hörmət etməliyik"


İdman 11 Dek 2017 20:06:00 311 0

"Manchester City"nin idman direktoru: "Basel"ə hörmət etməliyik"

"Manchester City" Çempionlar Liqasının 1/8 final mərhələsində "Basel"lə qarşılaşacaq. Goal.az xəbər verir ki, "şəhərlilər"in idman direktoru Çiki Beqiristayn İsveçrə klubunu arzuolunan rəqib kimi dəyərləndirsə də, rəqibə hörmət etdiklərini də vurğulayıb.

"Basel"ə hörmət etməli və ehtiyatı əldən verməməliyik. Onlarla qarşılaşmada ən yaxşı oyunumuzu göstərməliyik. Mümkün qədər irəli getmək istəyirik. "Napoli" ilə qarşılaşmalarda səfərdə də oynaya bildiimizi göstərdik.Qrupdan çıxmaq üçün mübarizə aparmalı idik. Fikrimcə, Çempionlar Liqasında yaxşı oyun üçün tələb olunan xarakteri artıq nümayiş etdirmişik".