“Göstərəcəm ki, prezident necə ölər” Saakaşvili məhkəmədə VİDEO


Dünya 11 Dek 2017 19:18:00 285 0

“Göstərəcəm ki, prezident necə ölər”  Saakaşvili məhkəmədə  VİDEO

Bu gün Kiyevdə hakim qarşısına çıxarılan eks-prezident Mixail Saakaşvili məhkəmədə Gürcüstan və Ukraynanın himnini səsləndirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yenidən həbsxanaya qaytarılacağı təqdirdə Saakaşvili aclıq aksiyasını davam etdirəcəyini bildirib. Siyasətçi, həmçinin özünü əsir götürülən əsgər kimi hiss etdiyini deyib:

"Mən qorxmuram. Göstərdim ki, prezident necə işləyə bilər və göstərəcəm ki, prezident necə ölə bilər. Əgər onlar məni həbsxanaya qaytarsalar sona kimi aclığa davam edəcəm. Lakin hər kəs biləcək ki, bu qətli kim təşkil edib".