Salyanda arvadını və 4 qızını öldürən kişi və oğlu Bakı İstintaq Təcridxanasına köçürüldü


Digərləri 11 Dek 2017 18:54:00 348 0

Salyanda arvadını və 4 qızını öldürən kişi və oğlu Bakı İstintaq Təcridxanasına köçürüldü

Salyan rayonunda arvadını və 4 qızını öldürən ailə başçısı Fərhad Əliyev və onun oğlu Fəqan Əliyev Bakı İstintaq Təcridxanasına köçürülüb.

Son.az report-a istinadən xəbər verir ki, dekabrın 8-də Salyan Rayon Məhkəməsində barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən ata və oğlu Bakı İstintaq Təcridxanasına etap edilib.

Hazırda hər iki şəxsin istintaqı davam etdirilir.

Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.