“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib


Digərləri 11 Dek 2017 18:30:00 303 0

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

Bilik Fondu “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir təşkil edib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, zabitlərin, əsgərlərin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun həmin mövzuda mühazirəsi dinlənilib. Muzeyin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, polkovnik Rəşad Tahirov görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycanın Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıb.