Nazir: Muzey işçilərinin bilik və bacarıqları artırılmalıdır


Digərləri 11 Dek 2017 17:38:00 370 0

Nazir: Muzey işçilərinin bilik və bacarıqları artırılmalıdır

Muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi genişləndirilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır.

Onun sözlərinə görə, həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var.