Şəhriyar Məmmədyarov Çində 2-ci oldu


İdman 11 Dek 2017 16:51:00 230 0

Şəhriyar Məmmədyarov Çində 2-ci oldu

Çinin Huayan şəhərində Dünya İntellektual Oyunlarında şahmatın rapid növü üzrə yarışlara yekun vurulub. Goal.az xəbər verir ki, turnir Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov üçün uğurlu alınıb. Yarışda 7 matçdan 4,5 xal toplayan həmyerlimiz gümüş medala sahib olub. O, VI turda məğlub olduğu rusiyalı Dmitri Andreykindən geri qalıb. İlk “üçlüy”ü vyetnamlı Liem Le qapayıb (4,5 xal). Turnirdə mübarizə aparan digər həmyerlimiz Rauf Məmmədov 2,5 xalla 12-ci olub.