BMT rüşvətin qlobal həcmini açıqlayıb


İqtisadiyyat 11 Dek 2017 17:04:07 225 0

BMT rüşvətin qlobal həcmini açıqlayıb

Dünya iqtisadiyyatının 5%-i qədər vəsait korrupsiyaya yönəldilir

Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir. "Report"un "Vedomosti" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında yayımlanıb.

Hesabatda bildirilir ki, dünya iqtisadiyyatı daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirir. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir.

"Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb", - deyə hesabatda qeyd edilir.