Dünyanın ən az borcu olan ölkələr müəyyənləşib
İqtisadiyyat 11 Dek 2017 16:46:45 218 0
İlk sırada Honq-Konq yer alıb
"Report" Ümumdünya İqtisadi Forumunun hazırladığı "Global Competetiveness Survey" (2017-2018) hesabatına istinadən xəbər verir ki, dünyada borcun ümumdaxili məhsula nisbətinə görə ən aşağı göstəriciyə malik ölkəsi Honq-Konqdur. Bu ölkədə borc/ÜDM nisbəti 0,1% təşkil edir. Buna səbəb ölkədə aşağı vergi rüsumları və dövlətin biznesə müdaxilə etməməsi amilləri göstərilib.
İkinci sırada 3,1%-lə Bruney qərarlaşıb. Bu ölkə dünyada maye qaz hasilatına görə 4-cü yeri tutur. Üçüncü sırada 9,5%-lə Estoniya gəlir - bura korrupsiya dünya üzrə ən aşağı səviyyədədir.
Səudiyyə Ərəbistanında həmin göstərici 12,4%, Botsvanada 13,9%, Rusiyada 17%, Küveytdə 18,6%, Nigeriyada 18,6%, BƏƏ-də 19,3%, Əlcəzairdə 20,4% və Qazaxıstanda 21,1% olub.
Qeyd edək ki, Azərbaycanda borcun ÜDM-ə nisbəti "Global Competetiveness Survey" 2016-2017-ə görə 36,1% təşkil edib.