Dünyanın ən iri üzən günəş stansiyası mayda tam istifadəyə veriləcək


İqtisadiyyat 11 Dek 2017 15:33:26 327 0

Dünyanın ən iri üzən günəş stansiyası mayda tam istifadəyə veriləcək

150 MVt gücündəki layihənin inşasına iyulda start verilib

Çində inşa olunan dünyanın ən iri üzən günəş elektrik stansiyasının bir hissəsi ötən gün şəbəkəyə qoşulub.

“Report” xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bütün obyektin isə gələn ilin may ayında şəbəkəyə qoşulacağı nəzərdə tutulur.

Qeyd edək ki, 1 mlrd. yuan dəyərindəki stansiya Çinin şərq əyaləti - Anxoyda yerləşir. Stansiyanı “China Tree Gorges” şirkətinin törəmə müəssisəsi inşa edir. 150 MVt gücündəki layihənin inşasına bu ilin iyul ayında başlanılıb.