Bakıya köçən moskvalı qız yollardakı situasiyadan şoka düşdü FOTO


Digərləri 11 Dek 2017 15:34:00 231 0

Bakıya köçən moskvalı qız yollardakı situasiyadan şoka düşdü  FOTO

Yaşamaq üçün əri ilə birlikdə Moskvadan Bakıya köçən Aleksandra Loskova Azərbaycanın paytaxtı barədə təəsüratlarını gazeta.ru portalının oxucuları ilə bölüşüb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, moskvalı qızın qeydlərində Bakı barədə müsbət təəsüratlar üstünlük təşkil edir. Lakin Aleksandranı Bakı yollarındakı vəziyyət, avtomobil sürücülərinin xaotik hərəkətləri şoka salıb, eyni zamanda o, "rayonlulardan" və çoxmərtəbəli yaşayış binalarının mərkəzi istilik sisteminin olmamasından da narazıdır. Onun təəsüratlarını oxuculara təqdim edirik:

*** 

Mənim Bakı ilə tanışlığım lap uşaqlıqdan başlayıb. Babam köklü bakılıdır, Bakı ziyalılarının nümayəndəsidir. 6 yaşım olandan o, praktiki olaraq hər yay məni Xəzər sahilinə aparardı. 14 yaşımdan mən artıq bu şəhərə vurulmağa başladım: hər dəfə ora gedəndə mərkəzi küçələrin, bulvarın necə dəyişdiyini, yeni binaların tikildiyini görürdüm. Və doğrudan da əgər sən Bakıda bircə il olmasan bəzi yolları, prospektləri, küçələri tanıya bilməzsən.

Köçmək barədə

Əslində mən Bakıya köçməyi heç vaxt planlaşdırmırdım. Mən vətənpərvərəm, Moskvanı çox sevirəm, orada doğulmuşam, böyümüşəm və təhsil almışam. Köçmək məsələsi barədə ərim qərar verdi. Üç il əvvəl mən onu Bakıya çağırdım və o, bu şəhərə "vuruldu". Nəticədə həmin vaxtdan gələcək ərim qəti qərar verdi ki, azərbaycan dilini öyrənsin, çünki bunsuz işləmək olmazdı. O, öz məqsədinə nail oldu və planlaşdırdığı kimi ezamiyyət yeri kimi Bakını seçdi.

Əlbəttə, bir yerdən başqa yerə köçmək istənilən halda mürəkkəbdir, gərək bütün həyatını təzədən qurasan. Burada başqa həyat tempi, başqa mentalitetə malik adamlardır.

Əvvəlcə mən hətta bu faktdan qorxdum ki, köçdüyümüz rayonu tanımırdım, adi mağazaya baş çəkmək stressə çevrilirdi. Ən böyük şok isə bizim üçün yollardakı situasiya oldu: istirahətdə olanda yol hərəkətinə fikir vermirsən, amma köçüb yaşamaq məsələsinə gələndə azərbaycanlıların yol hərəkəti manerasını qiymətləndirməmək mümkün deyil. Belə təəsürat yaranır ki, heç kim heç kimə hörmət eləmir, piyadalara yol vermir, hər işıqforda qarşına keçirlər. Adətən Moskvada belə sürücüləri görəndə söyürsən, hərdən hətta münasibətini onun üzünə deyirsən, burada isə mütləq şəkildə hamı belə sürür.

Köçəndən sonra ən mürəkkəb dövr bizim üçün adaptasiya dövrü oldu. Əgər ərim tamamilə işlə başını qatırdısa və özünü suda balıq kimi hiss edirdisə mənə çətin idi. Çünki mənim daimi işim yoxdur, əziz adamların əhatəsində olmamaq isə xüsusən kəskin hiss olunur. Harasa getmək, təmiz hava almaq istəyirsən, ancaq ərin gələnə qədər bunu etməyə kimsə yoxdur. Və üstəlik mən o qədər də ünsiyyətcil adam deyiləm, yeni tanışlar tapmaq mənim üçün olduqca mürəkkəbdir. Hazırda bizim ünsiyyət dairəmiş ərimin iş yoldaşları ilə məhdudlaşr. Biz birlikdə kinoya, restorana gedirik, gəzirik.

Yerli sakinlər haqda

Hər gün biz bu və ya başqa formada yerli sakinlərlə qarşılaşırıq, nəticədə rus və azərbaycanlı mentaliteti arasındakı fərqləri özümüz üçün qeyd edirik.

Məni ən çox heyrətləndirən bu oldu ki, tibb mərkəzinə baş çəkəndə iki dəfə mənə oturmaq üçün yer verdilər: birinci dəfə bir kişi qalxıb yer verdi, sonra yaşlı qadın. Moskvada əksər gənclər yaşlılara yer verməmək üçün özlərini elə aparırlar ki, ictimai nəqliyyatda guya yatıblar. Burada isə hər şey fərqlidir. Bundan əlavə mən bir dəfə də belə situasiya ilə qarşılaşmadım ki, binadan çıxanda kimsə qapını sözün hərfi mənasında arxasınca gələn adamın sifətinə çırpsın. Hansı ki, Moskvada adətən belədir.

Üstəlik azərbaycanlılar çox ünsiyyətcildir, həmişə gülümsəyirlər, tanış olmayanlarla da salamlaşırlar.

Bakıda nəyin bizi narahat etməsinə gəlincə isə bu yeni tikilən çoxmərtəbəli evlədə istilik sistemlərinin olmamasıdır. Hansı ki, belə binalardan birində də biz yaşayırıq. Mərkəzləşdirilmiş istilik sistemi burada praktiki olaraq heç yerdə yoxdur, hər şey qazla işləyir, ayın sonunda isə qaza görə gələn hesab adamı "dişləyir".

Təzyiqin azacıq aşağı düşməsi və ya hansısa nasazlıq baş verdisə mənzildə o saat soyuq olacaq, isti su da olmayacaq. Biz bir ay ərzində bu problemdən doğrudan da əziyyət çəkdik.

Daha bir "əmma": Azərbaycanın digər şəhərlərindən və rayonlarından Bakıya gələnlərin sayının həddən artıq çox olması. Bakı ilə regionlarda həyat səviyyəsi arasında böyük uçurum var, bu özünü rus dilini bilməkdə, (Ərzaq mağazalarında və taksilərdə məhz rayonlular işləyir), müəyyən maneraların, ümumiyyətlə, mədəni səviyyənin olmamasında göstərir. Elə Moskvada da belədir.

Mən gəlmələrə qarşı deyiləm, lakin onların davranışlarının müəyyən aspektləri adamı sözün əsl mənasında özündən çıxarır.