Palata: Dövlət satınalmalarında çoxsaylı nöqsanlara yol verilib


Digərləri 11 Dek 2017 15:34:00 258 0

Palata: Dövlət satınalmalarında çoxsaylı nöqsanlara yol verilib

Hesablama Palatası Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində keçirilən audtin nəticələrini açıqlayıb.

Bakı. Hesablama Palatası Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində keçirilən audtin nəticələrini açıqlayıb. Palatadan Trend-ə verilən məlumata görə, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi (İdarə) tərəfindən ayrı-ayrı illər üzrə büdcə vəsaitinə olan tələbat üzrə proqnoz göstəriciləri hazırlanarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bəzi xərclər üzrə real tələbat və ötən illərin icrası nəzərə alınmayıb, ayrı-ayrı təşkilatlardan büdcə vəsaitinə olan tələbat barədə sifarişlər tələb edilməyib, həmçinin zərurət olmadığı halda bəzi xərc maddələri üzrə dürüstləşmə aparılsa da, artırılmış xərclərdən istifadə olunmayıb, nəticədə icra ilkin təyinatdan aşağı olub, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən auditlə əhatə olunan illərdə büdcədənkənar vəsaitlər üzrə daxilolmalar müvafiq olaraq 27,3 %, 30,4% və 44,7% təşkil edib. Əməyin ödənilməsini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək işçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, iş günlərinin düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən işçilərə tam vəzifə maaşı ödənilməsi, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin düzgün müəyyənləşdirilməməsi, işdən azad edilən işçilərə son haqq-hesabın düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilib, bəzi hallarda tədris planında nəzərdə tutulmuş fənn saatlarının tədrisi tam təmin edilməyib, bəzi mədəniyyət evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılıb.