Bakıda iki yerə bölünən maşının sürücüsü bilindi


Digərləri 11 Dek 2017 14:39:07 201 0

Bakıda iki yerə bölünən maşının sürücüsü bilindi

Xəbər verdiyimiz kimi dünən Nərimanov rayonunda qəza törədən maşın ortadan iki hissəyə parçalanıb, sürücü isə vəfat edib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, dekabrın 10-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Rüstəm Muxtarov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub və nəticədə hadisə yerində ölüb.