Brüsseldə uçuşlar təxirə salındı


Dünya 11 Dek 2017 14:25:00 235 0

Brüsseldə uçuşlar təxirə salındı

Brüsselin beynəlxalq hava limanı güclü qar səbəbi ilə reyslərin təxirə salındığını elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda hava limanında uçuş-eniş zolaqlarının qardan təmizlənməsi işləri aparılır.

Qeyd olunur ki, Brüsselə Böyük Britaniya, İsveçrə, Danimaraka, İspaniya, Norveç, İtaliya, Portuqaliya, Rumıniya və Rusiyadan gələn reyslər ləngiyib.