Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək


Digərləri 11 Dek 2017 13:22:00 257 0

Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Avtomobil nəqliyyatı haqqında" qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.

Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.