Vüqar Novruzov: “Moldovada Xocalı soyqırımı qurbanlarına abidə qoyulacaq”


Siyasət 11 Dek 2017 12:35:17 286 0

Vüqar Novruzov: “Moldovada Xocalı soyqırımı qurbanlarına abidə qoyulacaq”

Moldova Azərbaycanlıları Konqresinin sədri: “Abidənin yerinin müəyyənləşdirilməsi üçün axtarışlarımız davam edir”

 “Moldovada Xocalı soyqırımı qurbanlarına abidə qoyulacaq”

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov deyib. 

O qeyd edib ki, fəaliyyət göstərdikləri ölkədə Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə çalışırlar: “Bunun üçün qoyulacaq abidənin yerinin müəyyənləşdirilməsi istiqamətində axtarışlarımız davam edir. İnanıram ki, bunu həyata keçirə biləcəyik. Bu qarşımıza qoyduğumuz bir məqsədir”.

V. Novruzov bildirib ki, Moldova Azərbaycanlıları Konqresi bu günədək Azərbaycanın təbliği ilə bağlı qarşıya qoyulan bütün layihələri reallaşdırmağı bacarıb.