OPEC+ anlaşması iyunda dayandırıla bilər


İqtisadiyyat 11 Dek 2017 12:36:37 301 0

OPEC+ anlaşması iyunda dayandırıla bilər

Anlaşma iştirakçıları neft bazarının vəziyyətinə baxacaqlar

Rusiya və OPEC üzvü olan bir sıra ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı vaxtından öncə, 2018-ci ilin iyun ayında bitirmək istəyir. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Küveytin neft nazirinin səlahiyyətlərini icra edən İsam əl-Mazruk neft ixrac edən ərəb ölkələri təşkilatının (OAPEC) iclasında jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, əgər neft bazarı tənzimlənərsə, anlaşmadan ayrılmaq strategiyasına 2018-ci il iyunun 22-də OPEC+ iclasında baxıla bilər. Qeyd edək ki, 2018-ci il martın 31-də bitən cari OPEC+ anlaşması, noyabrın 30-da keçirilən iclasda 2018-ci ilin sonuna qədər uzadılıb. Növbəti iclas OPEC-in sayca 174-cü sammiti olacaq.